Müğənni Aysun İsmayılova instaqramda izləyicilərinin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, o, əvvəlcə bədən şəkilləndirmə əməliyyatı etdirməsinin səbəbini açıqlayıb:
“Özümü daha gözəl görmək istədim sadəcə... Buna çox ehtiyacım var idi. Bir özgüvən gəlməli idi”.
Aysun bir istifadəçinin “Xəyanəti bağışlayarsınızmı” sualına “Əsla! Xəyanət ucuz insanların işidir” cavabını verib.
O daha sonra “Uşaqlığınızla görüşsəniz, ona nə deyərdiniz” sualını cavablandırıb:
“Sən körpəliyindən ağrılar çəkmisən deyə indi güclüyəm... Amma bir gün bütün ağrılarını sənə unutduracam”.
Qeyd edək ki, Aysun vəkil həyat yoldaşı Ramil Vəliyevdən boşanır.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta