Bakı. Trend:
Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSCtərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana”əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsaltarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşlarıtərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlbedilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiməlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olanməhsul partiyasında genetik modifikasiya olunmuş orqanizmaşkarlanıb.
"Faktla bağlı məhsul partiyasının gömrük ərazisininhüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərarqəbul edilib.
Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaqqidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdənəzarət tədbirləri davam etdirilir",- deyə məlumatda qeydedilib.