AZ

Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür - Armen Qriqoryan

Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.
 
APA xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
 
O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur:
 
“İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.
 
Qriqoryan həmçinin ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılmayacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.
Seçilən
6
13
moderator.az

10Mənbələr