AZ

ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı düşünür

Pentaqonun rəhbəri Pete Hegseth Ukrayna prezidenti Vladimir Zelenskiyə deyib ki, ABŞ qoşunlarının böyük hissəsini Avropadan çıxara bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

“Heqset Zelenski ilə görüş zamanı ukraynalılara Tramp administrasiyasının Amerika qüvvələrinin böyük bir hissəsini Avropadan çıxarmağı düşündüyünü söylədikdə onları heyrətə salıb”, – telekanal yazır.

Daha əvvəl Amerikanın Politico jurnalı mənbələrə istinadən yazmışdı ki, Trampın siyasəti fonunda Avropa İttifaqı (Aİ) transatlantik alyansın sona çatmasından ehtiyat edir.

Seçilən
6
1
nocomment.az

2Mənbələr