AZ

“HƏMAS” dörd ölü girovun cəsədinin olduğu tabutları təhvil verib

“HƏMAS” dörd ölü girovun cəsədinin olduğu tabutları təhvil verib. Həlak olanlar arasında iki uşaq və onların anası da var

“HƏMAS” yaraqlıları ölən 4 girovun cəsədini İsrail Qızıl Xaç Cəmiyyətinə təhvil verib. Onların arasında İsraildə 7 oktyabr faciəsinin simvoluna çevrilmiş qırmızı saçlı oğlan uşaqları Ariel və Kfir Bibas, onların anası Şiri və 83 yaşlı Oded Lifşits də var.

Bu barədə Oxuməni.az “BBC”nin rus xidmətinə istinadla xəbər verir.

“HƏMAS” dörd tabutu Qırmızı Xaça təhvil verib. Qara tabutların hər birində girovların kiçik fotoşəkili var idi. Qırmızı Xaç avtomobilləri də öz növbəsində tabutları Qəzza zolağında İsrail ordusuna (İDF) təhvil verib.

Cəsədləri qəbul etdikdən sonra İsrail ordusunun baş ravvini qısa bir mərasim keçirəcək: o, məzmurlar oxuyacaq və cəsədlər İsrail bayraqları ilə örtülmüş digər tabutlara qoyulacaq.

Girovların yoldaşları və onların ailələri ictimaiyyəti konvoyun tabutları daşıyacağı marşrut üzrə - Qəzza zolağının sərhədindən Yaffaya qədər dayanmağa dəvət ediblər.

Yaffada İsrail cəsədlərin identifikasiyasını aparacaq. Bu proses 48 saata qədər çəkə bilər.

“HƏMAS” 7 oktyabr 2023-cü ildə yaraqlıların İsrailə hücumundan sonra Qəzzada başlayan müharibənin başlamasından bəri ilk dəfə qurbanların cəsədlərini verir.

İsrail prezidenti İsaak Hersoq üzr istəyib. O, X sosial şəbəkəsində “İsrail Dövləti adından başımı əyib bağışlanma diləyirəm. Səni sağ-salamat evə qaytara bilmədiyim üçün üzr istəyirəm”.

Cəsədləri Qırmızı Xaç Cəmiyyətinə təhvil verməzdən əvvəl “HƏMAS” bəyanat yayaraq yenidən girovların İsrailin hava hücumu nəticəsində öldüyünü bildirib. Qrup "girovları qorumaq" və "həyatlarını qorumaq üçün mümkün olan hər şeyi etdiyini" iddia edir.

İsrail bu iddiaları təsdiqləməyib. Səhiyyə naziri Uriel Busso, “Times of Israel” xəbər verir ki, cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi prosesində, mümkünsə, ölüm səbəbinin də müəyyən edilməsinin planlaşdırıldığını bildirib.

Almaz Həsənli

Seçilən
24
oxumeni.az

1Mənbələr