AZ

Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Asiya ParlamentAssambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədiləölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədriƏli Saleh Abdulla Əlsaleh ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan paytaxtında 15-ci plenariclasın uğurla təşkil olunduğu qeyd edilərək APA çərçivəsindəəməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu təşkilatAsiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfəverən mühüm bir platformadır. Bu təşkilat üzv ölkələrin qanunvericiorqanları arasında əməkdaşlığa və təmasların artmasına da imkanverir. Söhbət zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatınfunksional inkişafı, üzvlərinin sıralarının genişləndirilməsiistiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Görüşdə Azərbaycan və Bəhreyn arasında münasibətlərininkişafından da razılıq ifadə edilərək xalqlarımız arasında mövcudolan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasındamünasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sırasahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Diqqətəçatdırılıb ki, Azərbaycan və Bəhreyn BMT, İslam ƏməkdaşlığıTəşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regionaltəşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinəmalikdir.

Tərəflər beynəlxalq parlament təşkilatları, o cümlədən,Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan QoşulmamaHərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıqla bağlıfikirlərini ifadə ediblər. Qeyd olunub ki, Parlament Şəbəkəsiparlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformayaçevrilməkdədir.

Görüşdə ölkələrimizin parlamentləri arasında münasibətlərə dairdə fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarovaözünün Bəhreyn Krallığına işgüzar səfərini, həmçinin qarşı tərəfləbundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qeyd edibki, qanunverici orqanlarımız arasında əlaqələri daha dadərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qarşılıqlı səfərlərinvə sıx təmasların bu istiqamətdə vacib rol oynaya biləcəyivurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqındada fikir mübadiləsi aparılıb.

Seçilən
10
5
az.trend.az

7Mənbələr