AZ

“Adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur” – Yenilənib


“Global Media Group” nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirildiyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, şirkətin yaydığı məlumata görə, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
“Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır”, - məlumatda deyilir.

***12:16
"Global Media Group" MMC-yə məxsus mətbuat orqanlarının saytları kiberhücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda istifadəçilər “Report” İnformasiya Agentliyinin saytına (report.az), eləcə də oxu.az, caliber.az və baku.tv-yə daxil olarkən problem yaşayırlar.
Əvvəlcə sözügedən saytlara daxil olarkən ekranda özlərini “Azərbaycan İslam Müqavimət Hərakatı” adlandıran təşkilatın emblemi görünüb, indi isə sadəcə müəyyən xətanın olduğu bildirilir.
 
Seçilən
80
32
yeniavaz.com

10Mənbələr