AZ

AZAD ƏRAZİLƏRDƏ TURİZM POTENSİALI ARTIR » AzadMedia.az

Azərbaycanın qədim tarixə malik Qarabağ bölgəsində turizmin bir çox növlərinin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Məhz buna görə də azad ərazilərimizdə digər sahələrlə yanaşı, turizm də inkişaf edir. Turistlərin maraq göstərdiyi əsas yerlər tarixi abidlərlə də bağlı olduğundan bu istiqamətdə də işlər görülür.

Azərbaycan Turizm Agentliyi ədəni irs və regional turizm şöbəsinin sektor müdiri Elmir Qədirov AzadMedia.az-a açıqlamasında Ağdam rayonunun Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması üzrə işlərin aparıldığını bildirib:

“Bu istiqamətdə işlər davam edir. Çünki xarici turistlər Qarabağ və Şərqi Zəngəzura xüsusi maraq göstərir. Həmin ərazilərə gedərək tarixi və mədəni abidələrimizi görmək istəyirlər. Ümumiyyətlə, digər azad ərazilərdə də mədəni irsimiz ya restavrasiya olunur, ya da yenidən qurulur. Turist səfərləri əsasən Şuşa, Laçın və Suqovuşana təşkil olunur. Böyük Qayıdışa dair dövlət proqramına uyğun olaraq digər azad ərazilərə, o cümlədən Zəngilan Qubadlı Cəbrayıl şəhərlərinə də yaxın vaxtlarda turist səfərləri təşkil olunacaq”.

Qeyd edək ki, 2024-cü ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfərləri təşkil olunur.

Seçilən
24
1
azadmedia.az

2Mənbələr