Belə itkilər fonunda komandanın yenidən 1-ci liqaya yuvarlanmaq təhlükəsi nə dərəcədə realdı? Bu sualı “Sektor 56”nın media üzrə əlaqələndiricisi Adil Bağıyevə ünvanladıq:
“Ayxan Abbasova və yeni transferlərə tam güvənirik. Komandanın gücünü itirdiyini düşünmürük. Əksinə, heyət daha da güclənir. Leroy Mikelsin zədəsi ciddi deyil, gələn həftə sıraya dönəcək. Hücum xəttində isə Tuikin performansına inanırıq. Mövsüm uzun marafondu və biz sona qədər mübarizə aparacağıq”.
ƏSƏD SEYİDOV