AZ

Həkim: “Yorğunluq ürək problemlərinə işarə edə bilər”

Nəfəs darlığı və ya iştahsızlıqla müşayiət olunan yorğunluq kardiomiopatiya kimi ürək xəstəliklərinin əlaməti ola bilər.

Editor.az xəbər verir ki, bu barədə həkim Robert Hall Daily Mail-ə bildirib. Mütəxəssis deyib ki, kardiomiopatiya ürəyin divarlarının, xüsusən də ürəyin əsas nasos kamerası olan sol mədəciyin qalınlaşmasına səbəb olur. Nəticədə, ürək bədənə effektiv şəkildə qan vurmağı dayandırır: “Ürək əzələsi düzgün işləmədiyi üçün bədəndə dolaşan oksigenin miqdarı azalır və bu, yorğunluğa səbəb olur”.

Həkim bildirib ki, ürək yorğunluğu xüsusilə idmandan sonra daha çox olur:

“Bəzən tənəffüs problemləri və iştahsızlıq ilə müşayiət oluna bilər. Belə simptomlar baş verərsə, mümkün qədər tez bir həkimə müraciət etmək tövsiyə olunur. Həkimin sözlərinə görə, beta blokerlər (ikinci infarkt və aritmiyaların qarşısını almaq üçün istifadə olunan dərmanlar) və təzyiqi azaldan dərmanlar da yorğunluğa səbəb ola bilər. Məsələ burasındadır ki, bu cür dərmanlar ürək döyüntüsünü ləngidir, bu da qanda oksigenin dövranını pisləşdirir”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
20
editor.az

1Mənbələr