AZ

Baytarlara qoşulub rəqs etdi

Tutuquşu xəstəxanadakıların üzündə təbəssüm yaradıb

 Mersində müalicə üçün aparıldığı heyvan xəstəxanasında "Ares" adlı tutuquşu rəqsi ilə baytarları sevindirib.
Sherg.az xəbər verir ki, iş adamı Mustafa Ensalih 3 yaşlı Kakadu çinsli tutuquşunu tüklərini tökdüyü üçün mərkəz Yenişehir rayonunda yerləşən Petical Animal xəstəxanasına aparıb.

Müalicədən əvvəl tutuquşunu sakitləşdirmək istəyən 4 baytar rəqs etməyi sevən “Ares”ə musiqi açıb.

Musiqi eşidəndə canlanan və baytarların rəqsinə qoşulan tutuquşu xəstəxanada olanların üzündə təbəssüm yaradıb. Baytarlar “Ares”in onlarla oynadığı anları mobil telefon kamerası ilə lentə alıb və videonu sosial media platformalarında paylaşıblar.



Seçilən
3
sherg.az

1Mənbələr