AZ

Şəki-Zaqatala bölgəsinə ilin ilk qarı yağır

Zaqatala, 20 fevral, AZƏRTAC

Bu səhər Şəki-Zaqatala bölgəsinin yüksək dağlıq əraziləri ağ örpəyə bürünüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlərin sözlərinə görə, bu, qış mövsümünün il qarıdır və son 20 ildə qarın yağması bu qədər keçikməmişdi.

Həmişəki kimi qar bölgənin yüksək dağlıq ərazilərinə daha çox yağıb. Aranda isə sulu qar və yağış müşahidə olunur.

İlk qarın sevincini əsasən məktəblilər yaşayırlar. Kimi dərsarası tənəffüsdə, kimi də dərsdən sonra vaxtını qarla oymağa ayırır.

Yaşlı insanlar adətən qarın noyabrın sonlarında, ya da dekabrda yağdığını, bu il isə xeyli geçikdiyini bildirirlər. Rayon sakini Cuma Əliyev deyir ki, illər əvvəl noyab ayında qar yağanda ağacların üzərindən qar təmizləyiblər. Son illlər isə qar yağması getdikcə azalır. Qarın yağması ilk növbədə xəstəliklərin qarşısını alacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının aqronomu Musa Yusubovun sözlərinə görə, aylardır gözlənilən qarın yağması əsasən taxılçılıq sahələrinə, eləcə də meyvəçiliyə xeyli müsbət təsir göstrəcək. İlk növbədə, gəmiricilər məhv olacaq. Aqronom qarın yağmasının fındıq ağaclarının tozlanmasında da müsbət nəticələr verəcəyini bildirib.

Bəs, qarşıdan gələn günlərdə şəhər təsərüfatı nə kimi hazırlıqlar görüb..? Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Oruc Qaraxanovala söhbət etdik. Bildirdi ki, gözlənilən qarlı hava şəraiti ilə əlqədar rayonun müvafiq təşkilatları gücləndirilmiş iş rejiminə keçib. Hər bir idarə və təşkilatda növbətçilik yaradılıb. Yolları qardan, buzdan təmizləmək üçün lazımı texnika ayrılıb. Kifayət qədər duz və qum ehtiyatı görülüb.

Regional hava məlumat bürosundan verilən məlumata görə, qarşıdakı günlərdə bölgə rayonlarında qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Bununla bölgə rayonların Fövqəladə Hallar komissiyalarından bildirilib ki, proqnoz nəzərə alınaraq lazımi tədbirlər görülüb, gücləndirilmiş iş rejiminə keçilib, yollar nəzarətdə saxlanılır.

Seçilən
34
2
azertag.az

3Mənbələr