AZ

Ev heyvanlarının satışı ilə bağlı limit müəyyən oluna bilər? - AÇIQLAMA

Sosial şəbəkələrdə və satış saytlarında tez-tez heyvan satışları ilə bağlı elanlara rast gəlirik. 

Müxtəlif ev heyvanları ilə bağlı belə elanlar hər birimizin qarşısına çıxır. Üstəlik, qiymətlər də bir-birindən olduqca fərqlənir. Bir elanda baha olan heyvan başqa elanda ucuz ola bilir. Həmçinin, sözügedən elanlarda kifayət qədər baha və hətta astronomik qiymətlərə də rast gəlmək mümkündür. 

Maraqlıdır, ev heyvanlarının qiymətləri necə və nəyə əsasən müəyyən olunur? Onların qiymətləri ilə bağlı hansısa alt və ya üst limitlər tətbiq oluna bilər?

Mövzu ilə iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, ev heyvanlarının satışı ilə əlaqədar hər hansısa alt və ya üst limit müəyyənləşdirilə bilməz:


"Əslində, buna heç bir ehtiyac yoxdur. Hər bir vətəndaş öz ev heyvanını istədiyi qiymətə satışa çıxara bilər. Bu istiqamətdə hansısa qiymətin müəyyənləşməsi mümkün deyil. 

Qiymətlər bazardakı qiymətlərə uyğun olaraq təyin olunur. Onsuz da heyvan baha qiymətə satılmasa, onun dəyərini endirilir. Yəni bu, sırf ticarətdir və hansısa formada müdaxilə oluna bilməz".

Pərviz

Seçilən
8
1
hit.az

2Mənbələr