AZ

Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatları(NKA) vasitəsilə 2025-ci ilin yanvar ayında qeydə alınan dövriyyə32,4 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar ayı iləmüqayisədə 13,3% çoxdur.

Bildirilib ki, indiyədək MR-də “ƏDV geri al” layihəsiçərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləğigeri qaytarılıb.

Qeyd olunub ki, bu ilin yanvar ayında istehlakçılara qaytarılanməbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9% artaraq 145,9 minmanat olub.

Seçilən
22
4
az.trend.az

6Mənbələr