AZ

Həccə getmək istəyənlərin nəzərinə: Kovatnın 60 faizi dolub

Yanvarın 21-dən həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Zəvvarlar üçün ayrılan kvotanın sayı məlum deyil, ancaq ötən illə müqayisədə daha az olduğu bildirilir. Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarəti üçün kvota 1500 nəfər olub.

Həcc ziyarətinin qiyməti isə artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. 

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a açıqlamasında bildirib ki, hazırda nəzərdə tutulan kvotanın 60 faizindən çoxu doldurulub:

"Kvota 1200-1300 nəfər arası nəzərdə tutulur, qısa müddət ərzində kvotanın dəqiq sayı bəlli olacaq. Qeydiyyat kvota dolana kimi davam edəcək".

Məlumata görə, zəvvarlar 25-30 may tarixləri arasında yola düşəcək.

"Kvotanın, əslində, bəlli bir vaxtı var. amma gedişat göstərir ki, kvota bu məhdud vaxtdan öncə dolacaq. Biz artıq nəzərdə tutulan kvotanın 60 faizindən çoxunu doldurmuşuq. Vətəndaşlarımızdan xahiş edirik ki, tələssinlər, yerlər məhduddur. Bu gedişatla Ramazan ayının ortalarına kimi kvota tamamlana bilər".

Seçilən
25
4
modern.az

5Mənbələr