Model və aktrisa Deva Kassel “Grazia” dəb dərgisinin italyan versiyasının yeni buraxlışının üz qabığının siması olub.
OLAY yazır ki, İtalyan kinematoqrafiyasının ulduzları Monika Belluççi və Vinsent Kasselin 20 yaşlı qızı “Dior”a məxsus dəri libasda və “Cartier”ə aid qızıl zinət aksessuarları ilə obyektiv qarşısına keçib.
Kassel müsahibəsində modaya olan həvəsinin ona məşhur valideynləri tərəfindən aşılandığını dilə gətirib.
"Hər şey valideynlərimin qırmızı xalça üçün geyindiyini görəndə başladı”, - deyə Deva vurğulayıb.
Deva təxminən iki il əvvəl “Netflix”də yayımlanması gözlənilən “Leopard” serialının çəkiliş meydançasında tanış olduğu 25 yaşlı Sol Nanni ilə eşq yaşayır.
“Bu, çox təbii baş verdi və münasibətimiz çox kortəbii şəkildə yarandı”, - deyə aktrisa bildirib.
Qeyd edək ki, Deva Kassel keçmiş həyat yoldaşları Monika Belluççi və Vincent Kasselin böyük qızıdır. Onların Leoni adlı 14 yaşlı qızı da var. Boşandıqdan sonra Kassel qızı Amazonini dünyaya gətirən model Tina Kunakey ilə evlənib. 2023-cü ildə cütlük ayrılıb. 58 yaşlı aktyor bu yaxınlarda yenidən ata olub: onun yeni sevgilisi Nara Baptista oğlan uşağını dünyaya gətirib. 60 yaşlı Monika Belluççi üç ilə yaxındır ki, rejissor Tim Burtonla münasibətdədir.

