AZ

Bu universitetlər əməkdaşlıq edəcək

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazası ilə tanış olub.  

“Cebheinfo.az” xəbər verir ki, ADAU-nun rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, müasir laboratoriyaları, tədqiqat imkanları və qarşıya qoyduğu hədəflər barədə qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, ADAU ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə həyata keçirilən ən uğurlu layihələrdən biridir.

Rektor Mustafa Kasım Karahocagil öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin maddi-texniki bazası və təcrübə imkanlarından danışıb.

Daha sonra birgə kadr hazırlığı, müəllim-tələbə mübadiləsi və elmi-tədqiqat istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşün sonunda ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunda tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, elmi məqalələrin çap olunması, elmi və elmi-pedaqoji kadrların hazırlanması  sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
12
cebheinfo.az

1Mənbələr