AZ

Qəzaya uğrayan təyyarədəki sərnişinlərə PUL VERİLƏCƏK

ABŞ mərkəzli Delta Hava Yolları Kanadanın Toronto şəhərinə eniş etmək istəyərkən qəzaya uğrayan və tərsinə çevrilən təyyarədəki bütün sərnişinlərə 30 min dollar ödənəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, şirkət sözçüsü tərəfindən edilən açıqlamaya görə, sərnişinlərə təklifin "heç bir şərtə tabe olmadığı" bildirilib.

Xatırladaq ki, Delta 4819 reysi ilə uçan 80 nəfərin hamısı (76 sərnişin və 4 ekipaj) sağ qalıb. Xəstəxanaya yerləşdirilən 21 sərnişindən biri istisna olmaqla, hamısı evə buraxılıb. 

Günel Məlikzadə


Seçilən
4
news24.az

1Mənbələr