Pərəstişkarlarına qarşı diqqətli davranışı ilə tanınan məşhur reper Dreyk Avstraliyada verdiyi konsertdə hamilə izləyicilərinə 30 min dollar verib.
Publika.az xəbər verir ki, dünyaca məşhur kanadalı reper Dreyk pərəstişkarlarına pul bağışlaması ilə tanınır.
38 yaşlı reper ötən gün Avstraliyanın Sidney şəhərində konsertə qatılan hamilə Tiana Hendersonu izdiham arasında görüb. O, ona VIP oturacaqda yer verib və ona 30.000 dollar hədiyyə edib.
Bu, reperin ilk alicənab hərəkəti deyil. Bazar ertəsi gecəsi konsertinə gedən bir tamaşaçıya 30 min dollar verib ki, restoranındakı işini tərk etsin.