Pnevmoniyaya yoluxan Papa Fransisklə bağlı yeni xəbər var. Katoliklərin dini lideri bu dəfə bədbin danışıb.
Yenisabah.az xəbər verir ki, 88 yaşlı ruhani lider bu dəfəki xəstəlikdən xilas ola bilməyəcəyini bildirib. O, bunu hiss etdiyini deyib.
Qeyd edək ki, Papa Fransisk artıq bir müddətdir ki, Romada yerləşən Qemelli xəstəxanasında müalicə alır. Papa Fransisk 1 milyard 280 milyon katolikin dini rəhbəri hesab edilir.
Nazim Hacıyev
Telegram kanalımız