AZ

İstanbul derbisinin hakimləri açıqlandı

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimin adı açıqlanıb.

Publika.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul derbisini sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırıb.

Ona Tomaj Klançnik və Andraj Kovaçiç köməlik edəcək. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 24-də "Ali Sami Yeni İdman Kompleksi Rams Park"da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçilən
19
30
publika.az

10Mənbələr