Abşeron rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 19-da səhər saatlarında Bakı-Şamaxı şosesində baş verib. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Şahidlərin iddiasına görə, qəza maşının əyləc sistemində yaranmış nasazlıq səbəbindən olub. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı maşın hadisə yerindən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma davam edir.
Nərmin