Bakı, TurkicWorld
Seul və Vaşinqton Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı birgə hava təlimləri keçirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimlərə ABŞ-ın B-1B bombardmançı təyyarəsi, Cənubi Koreyanın F-35A və F-15K döyüş təyyarələri, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri qatılıb.
Bəyanatda bildirilib ki, bu təlimlərin əsas məqsədi Şimali Koreyanın mümkün hücumlarına qarşı çəkindirmə gücünü nümayiş etdirmək və iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirməkdir. Bundan əlavə, Seul və Vaşinqtonun mütəmadi olaraq bu cür birgə təlimləri davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl, fevralın 11-də Cənubi Koreya və ABŞ qüvvələri, iki Koreyanı ayıran Demilitarizasiya Zonasından (DMZ) 30 kilometr cənubda genişmiqyaslı canlı atış təlimi həyata keçirmişdi.