AZ

Azərbaycan-Pakistan diplomatik əlaqələrinin bütün sahələrdə inkişafı müzakirə edilib

Bakı. Trend:

Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova AsiyaParlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etməküçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed YusufRaza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonağı və rəhbərlik etdiyi nümayəndə heyətiniMilli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən spiker SahibəQafarova bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasındadostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. MilliMəclisin sədri qonağa Asiya Parlament Assambleyasının (APA)15-ciplenar sessiyasında şəxsən iştirakına görə təşəkkürünübildirib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Pakistan arasındastrateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasındaqurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalqmüstəvilərdə bir-birini daim dəstəkləyir və 1992-ci ildə diplomatikəlaqələrimiz qurulandan ötən dövrdə ölkələrimiz arasındakı əlaqələrbütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəlisəfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezidentİlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərininAzərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundandanışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərifölkəmizdə keçirilmiş COP29 konfransında iştirak edib və onunölkəmizə növbəti səfərinin yaxın günlərdə baş tutmasıplanlaşdırılır.

Spiker Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasındakıqarşılıqlı əlaqə dövlətlərimiz arasında münasibətlərin inkişafınamühüm və müsbət təsir göstərir. Bu baxımdan hər iki ölkəninparlamentlərində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarınınüzərinə mühüm vəzifə düşür. Bu gün qanunverici orqanlarımızarasında çox səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sırabeynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Qeyd olunub ki,Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli formatdaəməkdaşlığı strateji müttəfiq ölkələrimizin əldə etdiklərinailiyyətlərdən biridir.

Bildirilib ki, Pakistan həm ikitərəfli, həm də çoxtərəfliformatlarda Azərbaycan xalqını narahat edən məsələlərdəAzərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəkləyir.Pakistanın qəti mövqeyi beynəlxalq səviyyədə tanınmış Azərbaycanərazilərinin 30 illik Ermənistan işğalına son qoymuş 44 günlükVətən müharibəsi zamanı açıq şəkildə nümayiş etdirildi. Azərbaycanxalqı Pakistanın ölkəmizin beynəlxalq hüquq normalarına vəprinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləməsini yüksəkqiymətləndirir. Milli Məclisin sədri Azərbaycanın haqq işinəgöstərilən ədalətli mövqeyə görə bir daha minnətdarlığınıbildirib.

Söhbət zamanı spiker Sahibə Qafarova Prezident İlham Əliyevintəşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsinin fəaliyyəti, Azərbaycanın sədrliyi dövründə bu qurumuninstitusional inkişafı üçün görülən işlər, Ermənistanla sülhprosesinin gedişi, Azərbaycanın öz suverenliyini və ərazibütövlüyünü tam bərpa etdikdən sonra bəzi Avropa təşkilatlarının vəölkələrinin ölkəmizə qarşı qərəzli münasibəti barədə qonaqlaraməlumat verib.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani qonaqpərvərliyəvə ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərək bildirib ki, bu,onun Azərbaycana ilk səfəridir. O, diqqətə çatdırıb ki, Pakistan vəAzərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir vəxalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, PakistanErmənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir.Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatikmünasibətlərindən ötən illər ərzində bütün sahələrdə, o cümlədənparlamentlərimiz arasında yüksək səviyyəli əlaqələr formalaşıb. Bubaxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm roloynayır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərininikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsiplanlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji,mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişafetdirmək üçün geniş imkanlar var.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərbarəsində də fikir mübadiləsi aparılıb.

Seçilən
14
27
az.trend.az

10Mənbələr