AZ

Un istehsalçıları qiymətləri yenidən qaldırdılar

Fevralın 17-nə qeydə alınan hesabata görə, Azərbaycanda bir çox un istehsalçıları unun qiymətini qaldırıb.

Teleqraf Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda faəliyyət göstərən “Dəvəçi-Dəyirman” MMC və “Dəvəçi Taxıl” MMC-də qeydə alınıb. Ən yüksək topdansatış qiyməti isə 28,20 manat olmaqla Tovuz şəhərindəki “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-yə məxsusdur.

Qeyd edək ki, ‘Dəvəçi Taxıl” MMC qiyməti 0,80 qəpik qaldırıb. “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-in qiymətində isə bir dəyişiklik olmayıb.

 

Digər sahibkarların satışa çıxardığı unun qiymətini 0,15-0,30 qəpik artırdığı müşahidə olunub.
Seçilən
18
azpost.info

1Mənbələr