Bakı. Trend:
20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müaviniOleksandr Mişenkonu qəbul edib.
XİN-dən Trend-əverilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcudəməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakıvəziyyət haqqında müzakirələr aparılıb.
Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyüvə sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlışəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasındabeynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətəəsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.
Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmişbölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habeləUkrayna xalqına göndərilən humanitar yardımların yüksəkqiymətləndirildiyini qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobalməsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini SamirŞərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlikedib.