Rusiyanın Stavropol şəhərində həkim briqadasını daşıyan təcili tibbi yardım helikopteri qəza enişi etməyə hazırlaşır.
Bizim.Media xəbər veri ki, hazırda təyyarənin yanacağı bitmək üzrədir və hava limanı üzərində dövrə vurur.
Helikopterin pərvanələrində ciddi nasazlıqlar aşkarlanıb. Rusiya Səhiyyə Nazirliyi helikopterin qəzaya uğraması ilə bağlı məlumatı təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl Nijni Novqorod vilayətində yüngül mühərrikli RV-7 təyyarəsinin qəzaya uğradığı məlum olub. Təyyarə Kstovski rayonunun Novolikeevo kəndi yaxınlığında qəzaya uğrayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta