AZ

Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib - FOTOLAR

Nəsimi rayon Polis İdarəsinin inzibati binasında Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon Polis İdarəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon Polis İdarəsinin  məsul əməkdaşları, qazilər və rayon gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.    

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında müasir və müstəqil Azərbaycanda suverenlik və tarixi gələcəyimizin bərqərar olmasında Ümummilli Lider Heydər Əliyevin rolu və uzaqgörənliyindən bəhs edib. Qeyd edib ki, 1993-cü ildə ölkəmiz suverenliyini itirmək məcburiyyətində qaldığı bir zamanda Ulu öndər Heydər Əliyevin dərin dühalığı və müdrikliyi ilə Azərbaycan yeni inkişafa doğru inamla addımlamış, eləcə də sağlam dövlətçiliyin əsası qoyulmuşdur. Azərbaycan suverenlik uğrunda ən böyük qələbəyə nail oldu və gücünü bütün dünyaya göstərdi, beynəlxalq hüquqi təmin etdi. Cənab Prezident İlham Əliyev müstəqil və güclü dövlət qurdu, Qoşulmama hərakatında lider oldu, iqtisadi müstəqilliyi təmin etdi. 2023-cü ildə Qarabağda suverenliyin tam bərpasına nail oldu. Bugünkü müstəqil və qüdrətli Azərbaycan İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin liderliyi altında Birinci vitse-prezident Mehriban Əliyevanında mühüm xidmətləri olmuşdur. Mehriban xanım həm hüquqi dövlət quruculuğunda, həm də Azərbaycanın suverenliyinin qorunmasında əhəmiyyətli rol oynayır. Mehriban Əliyeva ölkədə hüquqi islahatların artırılmasında, humanitar siyasətin həyata keçirilməsində, sosial rifahın gücləndirilməsində, qadın və uşaqların hüquqlarının qorunmasında, beynəlxalq konvensiyaların təqbiqi və qanunvericiliyin təkmilləşdirilməsində, mədəni irsin qorunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, insan kapitalının inkişafında və milli birliyin təmin olunmasında xüsusi rolu var.

Daha sonra çıxış edən gənclər Sevinc Eyyubzadə və Sənan Hüseynov gənclərə göstərilən dövlət qayğısından, inkişaflarına yönələn layihələrdən bəhs etdilər. Bildirdilər ki, müstəqil, suveren, hüquqi, demokratik və inkişaf etmiş ölkənin gəncləri olmaqdan qürur duyduqlarını nəzərə çatdırdılar.

Çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri  olaraq tanınırdı. A.Quliyev çıxışına davam edərək qeyd etdi ki, gənclər dövlətçilik tariximizi dərindən öyrənməli və hüquqi əsasların möhkəmləndirilməsinə töhvə verməlidirlər.

Seçilən
14
3
mia.az

4Mənbələr