AZ

Elektrikli avtomobil alarkən nələrə diqqət etmək lazımdır?

"Elektromobil alarkən əsasən markanın etibarlı olmasına diqqət etmək, alınan ölkəyə uyğun olaraq istehsalına baxmaq lazımdır. Çünki, bir çox markalar müxtəlif bazarlara görə, müxtəlif texniki xüsusiyyətlərlə istehsal edilir. Bütün bunlardan sonra ən vacib nüans isə batareya, reduktor seçiminin düzgün edilməsi və istilik pompasının olmasıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib. 

"Elektromobillər maya dəyərini tənzimləmək üçün müxtəlif batareyalarla istehsal edilir. Əsasən yayqınlaşan LFP və NMC batareyalardı. LFP batareyalar daha təhlükəsiz sayılsa da enerji sıxlığı az və çəkisi çox olduğu üçün ciddi enerji itkilərinə məruz qalır, əsasən də qış aylarında sərfiyyat 50-60%-ə qədər arta bilir. Bu da təbii ki, gedəcək məsafənin 50-60%-ə qədər düşməsidir.

NMC batareyalar tərkibində litium çox oluğu üçün daha çox sıxlıqda enerji saxlama gücünə sahibdi və enerji itkiləri ciddi şəkildə olmur, 10-15% olur. Bu da normaldır, çünki, qış aylarında batareya qızdırılma prosesləri də gedir.

İstilik pompası isə batareya və salonun istiliyini ortaq enerji yüklülüyündə tənzimləyən bir qurğudur. Əsasən pandemiyadan sonra bəzi markalar ciddi şəkildə təchizat problemi yaşadığı üçün elektromobilləri istilik pompası olmadan istehsal etməyə başladılar. Bu yol ilə maya dəyərinin ciddi şəkildə aşağı düşdüyünü müəyyən etdilər. Ona görə indi bir çox elektromobillər istilik pompasız istehsal edilir, bəziləri isə opsiya kimi pompa təklif edir. Amma elektromobillərinin enerji itkisini minimuma endirmək və batareya temperaturunu normada saxlamaq üçün istilik pompası çox vacib nüansdır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr