"Səbail"in yarımmüdafiəçi Rüfət Abdullazadə Premyer Liqanın 23-cü turunda "Sabah"la qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq görüşlə bağlı fikirlərini bizimlə bölüşüb.
- İki komanda da kompakt oynadı. Qol buraxmaq istəmirdik. Bir neçə qol imkanımız olsa da fərqlənə bilmədik. Məqsədimiz qələbə qazanmaq idi. Amma belə vəziyyətdə 1 xal da bizim üçün vacibdir.
- "Səbail" qış fasiləsindən sonra son çempion "Qarabağ" xaric heç bir rəqibə məğlub olmayıb. Belə uğurlu çıxışın sirri nədədir?
- Sirr olduğunu deməyək. Sadəcə çox çalışırıq və maksimum baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. "Qarabağ"la oyunda da xallar qazanmaq istəyirdik. Performansımızı davam etdirməyə çalışacağıq.
- Əldə olunan xallara rəğmən son pillədən uzaqlaşmaq mümkün deyil. Bu, sizdə gərginlik yaratmır?
- Heç bir gərginlik yaratmır. İşimizi görüb, yuxarı pillələrdə olacağıq.
- Son oyunlarda ehtiyatda qalmağın nə ilə bağlıdır?
- "Sumqayıt"la oyundan sonra zədəm vardı. Sağalması üçün zaman lazım idi. İndi hər şey yaxşıdır.
XANOĞLAN İMANOV