Türkiyədə yayımlanan “Leyla” serialının baş rol aktrisası Cemre Baysel çəkiliş zamanı təcavüzə məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media yazıb.
Həmkarı Aytaç Şaşmazla eşq yaşaması ilə gündəm olan Cemre Baysel serial çəkilişlərinin getdiyi ərazidə iki şəxs tərəfindən təzyiqə məruz qalıb. Aktrisanın həmin şəxslər tərəfindən izləndiyi, gizlin fotolarının çəkildiyi, hətta anası ilə hədələndiyi iddia edilib.
Heyətin müdaxiləsinə baxmayaraq, təcavüzkarların təqibi bitməyib. İddialara görə, ikili daha sonra Bayselin adına 50 ədəd yemək sifariş verərək diqqət çəkməyə çalışıb.
Onlar hətta aktrisanın anası Fatoş Baysellə əlaqə saxlayıb və telefonla təhdidlər ediblər. Baysel həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün polisə müraciət edib. Həmin şəxslərdən biri nəzarətə götürülüb. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.