AZ

ABŞ DÇ və Olimpiya Oyunlarını qəbul etməyə hazır deyil - Şok hesabat yayıldı

ABŞ turizm sənayesi 2026-cı il Dünya Kuboku və 2028-ci il Yay Olimpiya Oyunları zamanı qonaqları və tamaşaçıları qarşılamağa tam hazır deyil.

Publika.az xəbər verir ki, bu barədə Amerika Səyahət Assosiasiyası hesabat yayıb.

“Biz milyonlarla yerli və xarici qonağı cəlb edəcək qarşıdan gələn irimiqyaslı tədbirlərə hazır deyilik. Bu, milli təhlükəsizlik üçün risklər yaradır və iqtisadi artıma mane olur”, - deyə assosiasiyadan bildirilib.

Hesabatda ölkənin qonaqları qarşılamasına mane olan əsas problemlər sadalanır. Bunlara köhnəlmiş infrastruktur və təhlükəsizlik texnologiyası, həmçinin vizaların ləng verilməsi daxildir.

Məlumata görə, qarşıdan gələn turnirlər 40 milyondan çox insanı ölkəyə cəlb edə bilər. Hökumətə tövsiyə olunur ki, ziyarətçilər üçün viza prosesini sadələşdirmək və hava limanının təhlükəsizliyini biometrika kimi yeni texnologiyalarla müasirləşdirmək üçün işçi qrupu yaratsın.

Seçilən
14
publika.az

1Mənbələr