Xalq artisti Röya Ayxanın yeni təqdim etdiyi “Elə bilmə” mahnısı yutubda üzrə trenddə 1-ci yerdə qərarlaşıb.
OLAY yazır ki, “Apple music”də isə Xalq artistinin “Elə bilmə” mahnısı ilk top 5-də, 4-cü yerdə sıralanıb. Qeyd edək ki, Röya Ayxan hazırda “Apple music”də ilk top 5-də yer alan tək azərbaycanlı müğənnidir.Pop kraliça uğurunu instaqram səhifəsində belə analiz edib:
““Elə Bilmə” trend 1-də. Göstərdiyiniz sevgi və diqqət üçün təşəkkür edirəm. Və sevənlərimə müjdə! Tezliklə yeni layihəmiz gəlir, gözləmədə qalın... “.
Fotolar: Elmar Azimli
Stylinq: Anar Ağakişiyev
