AZ

Ayaz, Salayevin rusca təhsil alması, rusca böyüməsi vəazərbaycancanın türkcə olmadığını dilə gətirməsi adi bir təzahürdür

Ayaz, Salayevin rusca təhsil alması və rusca böyüməsi, ruscanı davam etdirməsi rusca ilə ayrılan azərbaycancanın türkcə olmadığını dilə gətirməsi adi bir təzahürdür.

Bu belə də olmalıdır.

"İkinci dil" məsələsi isə təzadlıdır, bilmədiyini bilmir.

Sovetlər İttifağının "əsas dil"i rusca, sonrakı dili "milli dillər" idi. Bu bütün dönəmlərin "ortaq zəmin" olaraq seçdikləri üsüldür.

Sadəcə bilməyənlər üçün bildirim,

"Əsas Dil" Dinin dilidir, hər zamanlar üçün,

Dinin kitabını əsas alan Dinin dilindən sonra dillər çıxa bilər, amma "əsas" və "ortaq zəmin" birliyinin aksiomu budur,

Kimsə buna belə deyildir, deyə bilməz.

Səbəbi isə bu "dil" Elmin dili olaraq keçər və ən böyük suallara cavab burdan başlar.

Yunanca, Latınca, ərəbcə, aramicə, sanskritcə belə dillərdirlər. Kimsə bu dillərdən çıxan anlayış və tanıtmalardan kənarda Elm sahibi ola bilməz və olmur da.

Rusca Elmin dili deyildir, ola da bilməz. Rusca "təhkimli" və "fəhlə" dilidir, "heyranlığ"dan çıxıb, bizim dildə "görməmişlər"in dilidir. Yunan kilsə hegemoniyasından xilas olmaq istəyənlərin parçalanmış latın şəkillərinə heyranlıq üçün yaradılmış dildir. Dostoyevski Tolstoylar isə bu "təhkimli" dilin ən son etriaz təsvirləridir.

Sovet ruscası isə "rus dili"inin süqutu və ən son zirvəsidir, yaşandı, bitdi.

Türkcə Dinin dili üzərində yaşayan dildir,

Hələ ki, yazıya çevrilmədən həyatın içində yaşayır və canlılığını saxlayır.

Türkcənın Türkiyə, Özbək, Azərbaycan şəkillərinin məsələsi qarammatikanın məsələsidir ki, bu zaman içində dəyişəcəkdir.

Türkcə Elmə dönüşünü bərpa etdikdən sonra yazısı yeni qarammatikanı hansı dillə edəcəkdirsə dirçəlişi ordan başlayacaqdır.

Heyranlığla orda yaşayanlara "burda"nı tanıtmaq borcum idi, təhsilimin əsasında dayanan rusca olub, rusla da bir dərdim yoxdur. Elm suallara tərəf olmadan verilən cavabdır,

Tərəfi olanın elmi yoxdur.

Türkcədə mən tərəf deyiləm,

"O" "Odur" açıqlamasını yazıya aldım,

Və Salam.

İdris Heydərli

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr