“Real”ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.
Sportinfo.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda “Osasuna” ilə matçda (1:1) nalayiq ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub.
Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.