
“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində unikal nailiyyətə imza atıb.
Yeniavaz.com xəbər verir ki, fransız forvard Çempionlar Liqası və Avropa Çempionlar Kuboku tarixində “Santyaqo Bernabeu” və “Kamp Nouda” het-trik edən ilk oyunçu olub.
Belə ki, ötən gün Mbappe “Real Madrid”in “Mançester Siti” ilə ev oyununda (3:1) üç qol vurub. Nəticədə klub Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
2021-ci ildə isə Kilian “Camp Nou”da üç qol vurmağı bacarıb. Həmin vaxt o, PSJ-də çıxış edib – Fransa komandası “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.