İspaniya La Ligasının son turunda Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellinqəmə qırmızı vərəqə göstərən Xose Munuera Montero cəzadan qaça bilib.
Offsideplus.az xəbər verir ki, İspaniya Futbol Federsiyası 42 yaşlı FIFA hakimini diskvalifikasya etməyə əsas tapmayıb.
Federasiya rəhbərliyində şübhələr Monteronun təsisçisi olduğu "Talentus Sports" şirkəti ilə bağlı yaranmışdı. Konsaltinq və idman menecmentliyi üzrə ixtisaslaşan bu şirkətin müştəriləri arasında İspaniyada əsasən "Atletiko", ölkə xaricində isə "Mançester Siti", PSJ, "Aston Villa" kimi klublar var. Montero "maraqların toqquşması"nda günahlandırılırdı.
Lakin federasiyanın Məsuliyyət Komitəsi Monteroya qarşı faktlar olmadığına görə, ona bəraət verib və hakim qismində işini davam etdirməsinə heç nəyin maneçilik törətmədiyini qərara alıb. Hakimin günahı sübuta yetirilsəydi, 5 illik diskvalifikasiya və 100 min avro məbləğində pul cəzası kəsilə bilərdii.
Xatırladaq ki, Montero Bellinqem tərəfindən təhqir olunduğunu əsas gətirərək, ona qırmızı vərəqə göstərib. Nəticədə "Real"ın futbolçusu 2 oyunluq cəzalandırılıb.