AZ

Ukraynada döyüşlər bu il dayandırılacaq - Budanov


Ukraynada döyüşlər bu il dayandırılacaq.

Bakupost.az "Strana"ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Düşünürəm ki, bu il atəşkəsə nail olacağıq, bunun nə qədər uzun və effektiv olacağı başqa sualdır, amma bunun baş verəcəyinə inanıram”, - deyə Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirib.

Bundan əvvəl prezident Vladimir Zelenski dəfələrlə bəyan edib ki, o, atəşkəs rejimini yalnız Ukraynanın təhlükəsizlik zəmanəti alacağı təqdirdə dəstəkləyəcək.

Zaur, BakuPost

Seçilən
6
bakupost.az

1Mənbələr