AZ

Azərbaycan - Türkiyə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasınınölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri BirolAkgünü qəbul edib.

Parlamentdən Trend-ə verilənməlumata görə, Milli Məclisin sədri qardaş Türkiyənin yeni təyinolunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlararzu edib.

Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksəksəviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərimizin UluÖndər Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət"prinsipinə uyğun olaraq, bütün sahələrdə uğurla inkişaf etdiyi qeydolunub. İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb TayyibƏrdoğanın rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrininən yüksək səviyyəyə çatdığı və bu gün dünya miqyasındaAzərbaycan-Türkiyə əlaqələrinin bənzəri olmadığı vurğulanıb. TarixiŞuşa Bəyannaməsi xalqlarımız arasında mövcud olan tarixi, ənənəviqardaşlıq əlaqələrinin ifadəsi kimi qiymətləndirilib. Həmçininbildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğuregionumuzda da sülh və sabitliyin, təhlükəsizliyin təminolunmasına mühüm amildir.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalqtəşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeydolunub ki, iki qardaş dövlət hər zaman bir-birinin yanındadır vəbütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərinidəstəkləyirlər.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ikiölkənin parlamentləri platformasında da uğurla davam etdirildiyiqeyd olunub. Bildirilib ki, qanunverici orqanlarımız arasındaəlaqələr ölkələrimiz arasında əməkdaşlığın ruhuna uyğundur vəildən-ilə möhkəmlənir. İkitərəfli əsasda əlaqələrimizin üçtərəfliplatformalarda da inkişaf etdiyi diqqətə çatdırılıb.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbulavə təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiriqismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin dahada möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinidiqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr