Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatalarayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı iləbağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü(qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindənistifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda)maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Trend xəbər verir ki, bubarədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyininbirgə məlumatında vurğulanıb.
Bildirilir ki, ilkin istintaq-əməliyyat tədbirləri iləZaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləriçərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev MuhumaMəmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı”Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamaloğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərindəhəmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə ziddformada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinəəsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiqtəcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların altyarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyatakeçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakıtəmin edilməmişdir.
İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxışkeçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlancaverilib.
Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nindirektoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil YollarınınYaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayonİcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazinümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş,müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylıRETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarəninməsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasındankənarlaşdırılmışdır.
Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuzağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidaiistintaq tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təminediləcəkdir.