AZ

"Tramp minerallarla bağlı sövdələşmə istəyir və Zelenskiyə müxtəlif yollarla təzyiq edir"

Ukrayna parlamentinin üzvü Yevgeni Kravçuk ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı son açıqlamaları və Rusiya ilə qarşıdurmada Ukraynaya yardımı ilə bağlı vəziyyəti şərh edib. Onun fikrincə, bütün bunlar Ağ Evin mineral saziş əldə etmək üçün Ukraynaya təzyiqinin elementləridir.

Hit.az xəbər verir ki, Kravçuk bu barədə “Azadlıq” radiosunun efirində deyib.

"Dəqiq anladığımız budur ki, Tramp güclüləri sevir. O, özünü güclü lider hesab edir. O, gücü sevir. Ukraynalılar isə indi güc nümayiş etdirməlidirlər. Çünki ukraynalılar bu otaqda ən yetkin adamlara bənzəyirlər. Amma mən düşünmürəm ki, bu (son günlərdə iki prezident arasında yaranan gərginlik) ünsiyyət problemidir. Aydındır ki, Tramp belə bir sövdələşmənin tərəfdarıdır", deə Kravçuk bildirib.

Onun fikrincə, indi Ukrayna üçün ən yaxşısı ABŞ-a arxalanmadan silahlı qüvvələrini gücləndirməyə davam etməkdir:

"Mən daha çox inanmağa meylliyəm ki, Tramp Putinə məğlub görünmək istəmir. Çünki Putin bu vəziyyətdən qalib kimi çıxmaq istəyir. Amma eyni zamanda, Amerikanın dəstəyindən mümkün qədər müstəqil olmağa hazırlaşmalıyıq", deyə deputat bildirib.

O vurğulayıb ki, Ukrayna ehtiyatlarının çıxarılmasında tərəfdaşlıq haqqında bu saziş danışıqlar masasında qalır:

"Mənə elə gəlir ki, sonda Ukraynaya da uyğun bir düstur tapa bilsək - bəzi təhlükəsizlik zəmanətləri, bu, çox yaxşı olardı. Çünki nadir torpaq metalları bağda qazdığınız kartof deyil. Çox bahalı avadanlıq lazımdır, zənginləşdirmə zavodları olmalıdır. Yəni, bunlar bahalı investisiyalardır və Ukrayna mütləq bunu öz gücü ilə edə bilməz. Biz bunu bacarsaydıq, çoxdan edərdik".

Rusiya və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən dərhal sonra Donald Tramp Volodimir Zelenskini üç illik müharibədə ittiham edib. Hərbi vəziyyətin qüvvədə olduğu bir vaxtda Ukraynada seçkilərin dondurulması da Trampın xoşuna gəlmir.

Bundan bir neçə gün sonra Tramp yenidən Ukraynadakı seçkilər mövzusunu gündəmə gətirib və Zelenskini “seçkisiz diktator” adlandırıb. Ukraynada sülh danışıqları mövzusunu qaldıran yeni Amerika lideri bildirib ki, Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq.

Eyni zamanda, Tramp Ukraynanın faydalı qazıntılarını xatırlatmaqda davam edir və ABŞ-ın əvvəllər göstərdiyi yardım müqabilində onlara çıxış əldə etməli olduğunu vurğulayır.

Samir

Seçilən
39
hit.az

1Mənbələr