AZ

Arne Slot: “Liverpul “Aston Villa” ilə oyunda 2 xal itirdi”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 29-cu turunun “Aston Villa” ilə səfər oyununu (2:2) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Xallar itirdik, bəli. Bu heç-heçədən razı qala biləcəyimizin tək səbəbi, oyunun son dəqiqələrində rəqibin yaxşı fürsətinin olduğudur. Oyunda üçüncü fürsət. Vurulmuş iki qoldan sonra. Ancaq bu istisna olmaqla, güman edirəm ki, bizim, sevinəcək digər səbəbimiz yoxdur – heç-heçə meydanda baş verənləri əks etdirir. Mən düşünmürəm ki, biz birinci hissədən sonra hesabda 1:2 geridə olmağa layiq idik, ancaq, futbolda belə şeylər olub”, deyə Arne Slot vurğulayıb.

26 oyundan 61 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Aston Villa” isə 39 xalla 9-cu pillədədir.

Seçilən
27
arena.az

1Mənbələr