AZ

“Time” Nikol Kidmanı ilin qadın seçdi – Tam siyahı


Hollivud aktrisası Nikol Kidman və cinsi zorakılığa qarşı müqavimət simvoluna çevrilən Fransa sakini Jizel Peliko “Time” jurnalının versiyasına görə “İlin qadınları” siyahısına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, jurnal bu barədə məlumat yayıb.
“Bu gün dünyada qadınların və qızların üzləşdiyi ən mühüm problemlər hansılardır? Çətinliklər gender əsaslı zorakılıqdan və qadın hüquqlarına hücumlardan tutmuş iqlim dəyişikliyi təhlükələrinə qədər çoxdur. Amma bu təhlükələrin mövcud olduğu hər yerdə dəyişiklik axtaran liderləri də tapa bilərsiniz. Bu ilki siyahıya daxil edilən 13 qadın daha yaxşı, daha ədalətli dünya yaratmaq üçün öz yollarına uyğun olaraq çalışırlar”, - jurnal seçimini izah edib.
2025-ci il siyahısına aşağıdakılar da daxildir:
- Amerikalı basketbolçu Eyja Uiilson,
- Amerikalı gimnast Cordan Çaylz,
- İslandiya-Çin caz-pop müğənnisi Leyvey,
- Amerikalı aktrisa və döş xərçəngi maarifləndiricisi Olivia Munn,
- Yazıçı Rakel Uillis,
- “Şoqun” serialındakı Mariko-san rolu ilə tanınan yapon aktrisası Anna Savai,
- bioloq və ətraf mühit fəalı Purnima Devi Barman,
- ABŞ reproduktiv hüquq müdafiəçisi Amanda Zuravski,
- Genital sünnət əleyhinə kampaniya aparan Qambiyalı qadın hüquqları müdafiəçisi Fatu Balde,
- ABŞ-də aclıqla mübarizə aparan “Feeding America” şirkətinin baş direktoru Kler Babino-Fonteno,
Seçilən
30
yeniavaz.com

1Mənbələr