AZ

RAMS PARK-da SON VƏZİYYƏT

Bu axşam saat 20.45-də RAMS Parkda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qalatasaray" və "AZ Alkmaar" üz-üzə gələcək.    Manset.az xəbər verir ki, İstanbula yağan güclü qardan sonra matçın oynanılıb-oynamayacağı maraq mövzusu olub.
Hollandiya komandası çərşənbə günü İstanbulda məşq edərkən stadionun ərazisinin qarla örtüldüyü görünüb.  "RAMS Park"ın meydançasında brezent olmamasına səbəb "AZ Alkmaar"ın oyundan əvvəl son məşqini keçirəcəyi gözlənilirdi.  Brezent döşəmə prosesinin uzun çəkəcəyi və bu müddət ərzində Hollandiya komandasının məşqinin gecikə biləcəyi üçün bu prosesin həyata keçirilmədiyi öyrənilib.  O da bildirilib ki, döşəmənin istilik sistemi gecə saatlarında işə düşüb və yerdəki qar əriyib.
Digər tərəfdən, istilik sistemlərindən çıxan solaryum işıqlarının buludların üzərinə çəhrayı rəngdə əks olunması ilə ərazidə qısamüddətli çaxnaşma yaşanıb.  Lakin sonradan məlum olub ki, əks olunan işıqlar istilik sistemindən qaynaqlanıb. Qartəmizləyən və duzlayan maşınlar da matçdan əvvəl və sonra yağışın davam edəcəyi təqdirdə stadionun ətrafında hazır vəziyyətdə saxlanılır.  Komandalar hər hansı nasazlığın qarşısını almaq üçün stadionun ətrafında müşahidə aparırlar.  

 

Seçilən
13
manset.az

1Mənbələr