AZ

"Şəfalanma" seansında ağlayan qadınların şəfa tapması mümkündür? - Ekspertlərdən RƏY VİDEO

Bütün dünyada olduğu kimi Azərbaycanda da "yaşam koçluğu" edənlər var.

Xezerxeber.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yaşam koçu və psixoloq kimi tanınan Əfsanə Qasımlının "Şəfalanma" seansındandır.

Seans zamanı insanlar xəstələr üçün nəzərdə tutulmuş geyimləri geyərək ağlamağa başlayıblar

Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıblar. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.

Bəs bu nə qədər doğrudur?

Seansda iştirak edənlərin bəziləri ilə əlaqə yaratdıq, amma onların heç biri danışmaq istəmədi. Seansı təşkil edən yaşam koçu Əfsanə Qasımlı isə suallarımıza yazılı olaraq cavablandıracağını bildirsə də sonradan cavab vermədi.

Psixologioya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyir ki, yaşam koçluğu dünyada qəbul olunmuş sahədir və bununla bağlı Assosioasiya da mövcuddur. Hətta beynəlxalq sertifikasiyadan keçən yaşam koçları da var. Lakin Azərbaycanda bu sahə çox yenidir və bəzi yaşam koçları özlərini psixoloq kimi təqdim edirlər.

Videoda insanların kollktiv halda ağlamasına isə psixoloq belə münasibət verdi.

Seçilən
26
1
xezerxeber.az

2Mənbələr