AZ

“Qarabağ”ın funksioneri: “Yüksək səviyyəli legionerləri bura gətirmək asan olmayacaq”

"Qarabağ" Avropada istəsə 11 legionerlə çıxış edə bilər.

Amma hər dəfə əsas heyətdə yerli futbolçu olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın futbol akademiyasının direkoru Aftandil Hacıyev deyib.

O, AFFA İcraiyyə Komitəsinin Premyer Liqada legioner limitini ləğv etməsinə münasibət bildirib.

Təcrübəli funksioner qeyd edib ki, yerli futbolçuların bundan sonra oyun təcrübəsi qazanmaq şansları aşağı düşə bilər:

“Birmənalı demək olmaz ki, gələn əcnəbilər hamısı bizim futbolçulardan güclü olacaq. Yüksək səviyyəli legionerləri gətirmək asan olmayacaq.

Orta səviyyəli gəlmələrlə rəqabətdə biz yenə bəzi yerliləri əsas heyətdə görə bilərik. Gənclər millimizin üzvlərinə ciddi mənfi təsirini görə bilərik.

Əsas millinin oyunçularına rəqabət aparmaq çətin olacaqsa, görün, indi gənclər üçün vəziyyət necə olacaq”.

Seçilən
41
sportinfo.az

1Mənbələr