AZ

Dollar birjadankənar UCUZLAŞDI

Dolların birjadankənar məzənnəsi 2024-cü il sentyabrın 4-dən bəri ilk dəfə olaraq 87 rubldan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Moskva vaxtı ilə saat 19:00-da dollar əvvəlki bağlanışla müqayisədə 2,9 rubl ucuzlaşaraq 86,9 rubla düşüb ki, bu da sentyabrın 4-dən bəri ən aşağı göstəricidir.

Dolların rəsmi məzənnəsi ötən ilin sentyabrından bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb. Rusiya Mərkəzi Bankının məlumatına görə, fevralın 21-də rublun rəsmi məzənnəsi 88,51 rubl təşkil edib.

Seçilən
21
2
publika.az

5Mənbələr