AZ

Mingəçevir su anbarında itkin düşən iki nəfərlə bağlı TƏFƏRRÜATLAR VİDEO

Mingəçevir su anbarında iki nəfər itkin düşüb. Bədbəxt hadisə su anbarının Samuxun Qarağaclı kəndinə düşən hissəsində baş verib. 

Xezerxeber.az xəbər verir ki, batdığı ehtimal edilən şəxslərin balıqçılıqlar - Şəmkirin Çinarlı qəsəbəsi sakini 26 yaşlı Müşviq İsmayılov və Samuxun Seyidlər kənd sakini 22 yaşlı İsmayıl Şubliyev olduğu bildirilir.

İlkin məlumata görə, hadisə qayığın aşması səbəbindən baş verib. Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri həmin şəxslərin axtarışlarını davam etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr