AZ

"Yandex"in illik gəlirləri tarixi rekord vurdu

"Yandex" ilk dəfə illik gəlirlərinin 1 trilyon rublu (11,22 milyard dollar) keçdiyini bildirib. 

Valyuta.Az xəbər verir ki, şirkət 2025-ci il üçün isə gəlirlərində ən azı 30% artım gözlədiyini bildirib. Moskva birjasında listinqdə olan "Yandex" səhmləri bu gün 1,3% bahalaşıb.  

"Biz geniş və sürətlə böyüyən bazarlarda fəaliyyət göstəririk və bir çox sahələrdə lider mövqelərimizi qoruyuruq. Bu da bizə uzun illər ərzində əhəmiyyətli inkişaf perspektivləri açır", – deyə şirkətin açıqlamasında bildirilib.  

Rusiya "Yandex"in əsas bazarıdır və burada şirkət axtarış və reklam sahəsində üstün mövqeyə malikdir. "Yandex" keçmiş Sovet İttifaqına daxil olan bir neçə ölkədə ofislərə sahibdir və bir neçə Afrika və Avropa ölkəsində taksi xidmətini fəaliyyət göstərir. Lakin biznesin bölünməsi onun ABŞ bazarına çıxışını əsasən məhdudlaşdırıb.  

1990-cı illərin sonundakı dotkom bumundan bəri "Yandex" genişlənməni prioritet edib və e-ticarətdən tutmuş bulud texnologiyalarına qədər müxtəlif texnoloji xidmətlərə investisiya yatırıb. Lakin iyul ayında yeni sahiblərinin nəzarətinə keçdikdən sonra şirkət ilk dəfə dividend ödəməyi təklif edib.  

Şirkət 2024-cü ilin tam ili üçün hər səhmə 80 rubl dividend ödənilməsini tövsiyə edib. Bundan öncə, keçən il ara dividentlər də ödənilmişdi. "Yandex"in düzəliş olunmuş xalis illik mənfəəti illik müqayisədə 94% artaraq 100,9 milyard rubl təşkil edib.  

Şirkət bildirib ki, biznesin miqyasca böyüməsi nəticəsində 2025-ci ildə kapital xərcləri gəlirə nisbətdə azalacaq.  

Korporativ restrukturizasiya nəticəsində "Yandex"in keçmiş Niderlandda qeydiyyatdan keçmiş ana şirkəti, hazırda "Nebius Group" adını daşıyan şirkət, bulud texnologiyaları, avtonom sürücülük və təhsil texnologiyaları kimi yüksək kapital tələb edən və beynəlxalq yönümlü biznesləri özündə saxlayıb.  

"Nebius" süni intellektin əsas infrastrukturunu qurmaq sahəsində əsas oyunçulardan birinə çevrilməyi hədəfləyir. Şirkətə "Yandex"in həmtəsisçisi və keçmiş baş icraçı direktoru Arkadi Voloj rəhbərlik edir.  

Rəhim

Seçilən
4
1
valyuta.az

2Mənbələr