AZ

Seulda Cənubi Koreya prezidentinin məhkəməsi başlayıb

Cənubi Koreya prezidenti Yun Seok-Yeol fevralın 20-də dövlət çevrilişi təşkil etdiyinə görə ona qarşı açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün Seul Mərkəzi Rayon Məhkəməsinə gəlib.

İş prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarı ilə bağlıdır.

İclasda şahidlərin dindirilməsi, sübutların təqdim edilməsi və cinayət işi üzrə digər hazırlıq işləri aparılıb. Bundan başqa, prezidentin vəkilləri məhkəmədən prezidentin həbsinə dair orderin ləğvini və onun həbsdən azad edilməsini istəyiblər. Bu gün məsələ ilə bağlı qərarın veriləcəyi gözlənilir. İş martın 24-də davam edəcək.

Cinayət işi üzrə hazırlıq iclasında iştirak etdikdən sonra Yun Seok-Yeol impiçment məhkəməsində iştirak etmək üçün Konstitusiya Məhkəməsinə aparılıb. Məhkəmə ölkə liderinin formal olaraq vəzifəsindən uzaqlaşdırılması və ya yenidən vəzifəsinə qaytarılması barədə qərar verməlidir. Parlament 2024-cü il dekabrın sonunda hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq onun vəzifədən kənarlaşdırılmasına səs verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
1
editor.az

2Mənbələr